
Şifahi tərcümə
Tesla Tərcümə Mərkəzi ixtisasca tərcüməçilərdən ibarət olan peşəkar komandası ilə sizə şifahi tərcümənin bir neçə növü üzrə tərcümə xidmətləri təklif edir. Mərkəzimizə müraciət etməklə türk, rus, ingilis, ərəb, ispan, italiyan, fransız, fars, ukrayna dilləri üzrə peşəkar və münasib qiymətə tərcümə xidmətləri əldə edə bilərsiniz.
1
Ardıcıl tərcümə
Ardıcıl tərcümədə tərcüməçi məruzəçinin söylədiyi müəyyən nitq parçasını əvvəlcə eşidir,məruzəçi susduqda isə həmin parçanı olduğu kimi digər dilə çevirir. Ardıcıl tərcümə zamanı adətən natiq 1–5 dəqiqədən bir(hər paraqrafın və ya fikrin sonunda) fasilə verir,mətnin tərcüməsi üçün şərait yaradır. Digər bir mənbədə göstərilir ki , nitq 15 dəqiqə çəkə bilər. Bu zaman tərcüməçi özü üçün qeydlər götürür. Tərcümə tarixində belə hallar da var ki natiq fasiləsiz olaraq bir saat danışır, sonra tərcümə üçün tərcüməçiyə üz tutur. Bəzi tərcüməçilərin məsləhətinə görə, yaddaş kifayət qədər yükləndikdə tərcüməçi məruzəçidən dayanmağı tələb edə bilər. Ardıcıl tərcüməçi üçün ən vacib şərtlərdən biri də onun qeydgötürmə qabiliyyətidir. Çünki təfsilata zərər yetirmədən bütöv bir paraqrafı olduğu kimi yadda saxlamaq çox çətindir. Digər səciyyəvi cəhətlər qısamüddətli yaddaş , yaxşı təqdimat qabiliyyəti və inandırma bacarığıdır. İnsan bir dəqiqəyə bir neçə söz yadda saxlaya bilər, amma məsələ bir neçə sözü ardıcıllıqla yadda saxlayıb-saxlamamaqda deyil. Müəyyən bir parçanı fasiləsiz olaraq dinləyəndə insanın yaddaşı yüklənir. Əgər nitq parçasındakı əsas məqamlar qeydlər şəklində yazıya köçürülsə, sonra onlara baxılaraq tərcümə edilsə onda tərcüməçi yorulmur, eyni zamanda görülən iş də effektli olur.
2
Sinxron tərcümə
Şifahi tərcümənin iki formasından biri də sinxron tərcümədir ki, bu da məxəz nitqlə eyni vaxtda həyata keçirilir. Sinxron tərcüməçi xüsusi texnika ilə təchiz edilmiş kabinədə oturaraq, qulaqcıqlar vasitəsilə eşitdiyi nitqi həmin anda tərcümə edib mikrafona deyir. Cümlədə söz sırasından asılı olaraq xəbərin sonda gəlməsi ingilis dilinə sinxron tərcümədə çətinlik törədir. Çünki cümlə qurtarmasa fikrin təsdiq və ya inkarda olduğu bilinmir. Buna görə də bəzən sinxron tərcüməçi cümləni öz fəhmi hesabına tərcümə etməli olur. Odur ki, sinxron tərcümə mütəxxəssisdən güclü duyma qabiliyyəti və geniş dünya görüşü tələb edir. Tərcüməçidən ən azı yarım saat fikrini toplamaq tələb olunur. Məhz tərcüməçinin bu fiziki imkanını nəzərə alaraq sinxron tərcümə kabinəsində onların hər 20 dəqiqə və ya yarım saatdan bir bir-birini əvəz etməsi lazımdır. Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. Bu tərcümə növündən ilk dəfə Nyüremberq məhkəməsində istifadə olunmuşdur. Həmin vaxtdan bəri çoxlu sayda konfranslar keçirilir və iştirakçılar öz dillərində və ya beynəlxalq dillərin birində çıxışları təxminən eyni zamanda dinləyirlər. Sinxron tərcümə müxtəlif dillərdə danışan çoxsaylı insanların, diplomatik danışıqların, habelə digər prosseslər üçün məqsədəuyğun və əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, sinxron tərcümədə vaxt ikiqat azalır, yəni məruzə ilə onun tərcüməsi eyni vaxtda bitir. Sinxron tərcümədən daha çox BMT sessiyalarında və beynəlxalq konfranslarda istifadə olunduğu üçün ona "konfrans tərcüməsi" də deyilir.
3
Bələdçi tərcümə xidməti
Turizm sektorunda təcrübəli tərcüməçilərin və turistlərlə sıx təmasda olan şirkətlərin töhfəsi böyükdür. Xüsusilə də turistlərin turizm xidmətlərindən razı qalması ikitərəfli münasibətlərin sağlam qurulmasından asılıdır. Bu münasibətlər zamanı öz işini və tərcümə etdikləri dilləri yaxşı bilməyən tərcüməçilərlə turistlər arasında problemlərin yaşanması qaçılmazdır. Ən yaxşı halda turistlər sizinlə münasibətləri bitdikdən sonra mənfi rəy verəcəklər. Bu səbəbdən turizm sektoru ilə bağlı təcrübəli və keyfiyyətli tərcümə xidmətlərimizdən yararlanmaq işinizi asanlaşdıracaq.
4
Pıçıltılı tərcümə